Rusiya Federasiyasının Şimali Osetiya Dövlət Akademik Teatrında dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Varlı qadın” komediyası tamaşaya qoyulacaq. Komediyanı osetin dilinə Robert Bitayev tərcümə edib.

“Varlı qadın” komediyası 1999-cu ildə ilk dəfə mərhum rejissor Hüseynağa Atakişiyevin quruluşunda Dövlət Gənclər Teatrında, sonralar Akademik Milli Dram Teatrında, eləcə də ölkənin əksər dövlət teatrlarında, 2008-ci ildən isə Rusiya, Ukrayna və Orta Asiya respublikalarının teatrlarında səhnə həyatı yaşayıb.