Xətai Sənət Mərkəzində 18 oktyabr – Müstəqillik Günü ilə əlaqədar “Zirvələrə doğru” adlı yaradıcılıq sərgisi keçirilib.

Tədbirdə 5 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin direktoru Könül Mustafayeva və digər çıxış edənlər müstəqillik tariximizdən söz açıblar. Sonra qonaqlar 5 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi tərəfindən təşkil olunan sərgiyə baxıblar. Rəssamlar İttifaqı tərəfindən müəllim və şagirdlərə diplom və sertifikatlar təqdim edilib. Tədbir mərkəzin dərnək üzvlərinin musiqi və rəqs nömrələri ilə davam etdirilib.