AMEA Nəsimi adına Dilçilik İnstitutunun Kompüter dilçiliyi şöbəsinin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Məsud Mahmudov şəxsi kitabxanasını instituta bağışlayıb. Kitabxanada türk dillərinə, nəzəri dilçiliyə, o cümlədən Azərbaycan dilinə aid çoxlu monoqrafiya, lüğət və dərs vəsaitləri var.

V.V.Radlovun 1811-ci ildə Sankt-Peterburqda çap olunmuş “Опытьсловарятюркскихнаречий“ əsəri (8 cilddə), Lazar Budaqovun 1871-ci ildə Sankt-Peterburqda nəşr olunmuş “Сравнительныйсловарьтурецко-татарскихнаречий“ (ərəb və fars ümumişlək sözləri və onların rus dilinə tərcüməsi daxil olmaqla 2 cilddə), A.N.Kononovun 1956-cı ildə Leninqradda çap olunmuş  “Грамматикасовременноготурецкоголитературногоязыка“ və bir çox başqa görkəmli türkoloq-dilçilərin, eləcə də Azərbaycan dilçilərinin əsərləri təqdim olunan kitablar arasındadır.

İnstitut kitabxanasına verilmiş kitablar siyahısında rus və uyğur, urdu, noqay, başqırd, türkmən, tatar, özbək, kumık, ləzgi, çuvaş, çex,  yapon, fars və s. dillər üzrə ikidilli lüğətlər, Azərbaycan dilinin izahlı lüğətlərinin birinci və ikinci nəşrləri və bir çox başqa lüğətlər var.

Bildirək ki, indiyədək Dilçilik İnstitutuna 442  kitab, 518 avtoreferat bağışlanıb.

S.QALİBOĞLU