Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Xalq artisti, tanınmış kinorejissor Oqtay Mirqasımovun 75 illik yubileyinə həsr olunmuş “Kino həyatın bir zərrəsidir” adlı tədbir keçirilib.
Tədbirdə MKS-nin direktoru Lətifə Məmmədova, rayon İcra Hakimiyyətinin şöbə müdiri Zöhrab Cəfərov, Milli Məclisin deputatı Aydın Mirzəzadə sənətkarın yaradıcılığından söz açıblar.
Əməkdar incəsənət xadimi, kino tədqiqatçısı Aydın Kazımzadə Oqtay Mirqasımovun quruluşçu rejissoru və ssenari müəllifi olduğu sənədli və bədii filmlər barədə danışıb.
Tədbirdə yubilyarın həyat və yaradıcılığına həsr edilmiş virtual fotoalbom nümayiş olunub, filmlərindən fraqmentlər göstərilib.