Çində bir-birinin yanında olmaqla 721 çadırın qurulması “Ginnesin rekordlar kitabı”na düşüb.
Vuqonq dağının yamacında yerləşən çadır “karvanı”nın uzunluğu təxminən 14 kilometrdir. Təşkilatçıların bildirdiyinə görə, hava şəraiti rekord üçün çox əlverişsiz olub; güclü külək əsib, yağış yağıb. Lakin 200 könüllünün köməyi sayəsində onlar öz məqsədlərinə çata biliblər.