Lənkəran Dövlət Dram Teatrı beynəlxalq teatr festivalına dəvət olunub. Teatrın direktoru Tofiq Heydərovun sözlərinə görə, kollektiv yazıçı-publisist Əjdər Olun “Biri vardı, biri yox” pyesi əsasında hazırlanmış “Meşəbəyinin dostları” musiqili nağıl-tamaşası ilə İranın Həmədan şəhərində keçiriləcək 25-ci Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında çıxış edəcək.

Dünyanın bir sıra teatr truppalarının qatılacağı festival noyabrın 20-dən 26-dək davam edəcək.

Tamaşanın quruluşçu rejissoru Emil Əskərov, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları Allahverən Babayev, Emin Fərzullayev, Səyad Əliyev, Rauf Zeynalov, Ülkər Quliyeva və Nizami Qurbanov ifa edirlər.