Daşkənddəki Dünya dilləri liseyində növbəti “Xalqların adət-ənənələri və mədəniyyət” adlı festival keçirilib. Festivalda ölkəmizi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
Liseyin həyətində qurulan guşədə ölkəmiz haqqında kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər nümayiş etdirilib. Azərbaycan milli mətbəxinə aid təamlar, şirniyyatlarımız da maraqla qarşılanıb.
Mədəniyyət mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri konsert proqramında milli rəqslərimizi ifa ediblər.
Tədbirin sonunda iştirakçılara diplomlar təqdim olunub.