Türkiyənin İstanbul şəhərində “Bir millət, iki dövlət” adlı sənət gecəsi keçirilib. Türkiyə Cümhuriyyətinin 95-ci, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə təşkil edilən tədbirdə “İpekyolu” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Seyfullah Türksoy Azərbaycan Milli Məclisinin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı çıxış ediblər.
Çıxışlarda sənət gecəsinin Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsinə bir töhfə olduğu vurğulanıb.
Azərbaycanlı sənətçilər Flora Kərimova, Fidan Hacıyeva, Elçin Cəfərov, Rövşən Civişov, Maarif Mustafayevin ifaları ilə davam edən gecədə Gülnarə Xəlilovanın təqdimatında Azərbaycan milli geyimləri nümayiş olunub.