Noyabrın 23-də Heydər Əliyev Mərkəzində tanınmış rusiyalı teatr və kino aktyoru, rejissor, ssenarist Veniamin Smexovun mühazirəsi keçiriləcək.

“İşıq saç hər zaman” adlı gecədə o, məşhur rus şairləri Vladimir Mayakovski, Aleksandr Blok və Boris Pasternakın yaradıcılığından danışacaq, şeirlərini səsləndirəcək.

Veniamin Smexov onlarla film və seriala çəkilib. Onun “Dartanyan və üç muşketyor” filmində (1978) yaratdığı Atos obrazı isə ən yadda qalanlardandır. Aktyorun fəal məşğul olduğu sahələrdən biri də ədəbiyyatdır. O, bir sıra bədii və publisistik kitabların müəllifidir, həmçinin müxtəlif mövzularda mühazirələrlə çıxış edir.