Azərbaycan

9 noyabr 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağı qəbul edilib. Sovetləşmədən sonra qırmızı sovet bayrağı ilə əvəzlənib. 1991-ci ildə üçrəngli bayraq yenidən Azərbaycanın dövlət rəmzi elan edilib. Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli sərəncamı ilə 9 noyabr Dövlət Bayrağı Günü elan edilib.

9 noyabr 1926 – Xalq rəssamı Davud Mehdi oğlu Kazımov (1926 - 14.2.2015) Bakıda doğulub.

9 noyabr 1954 – Bəstəkar, Xalq artisti Siyavuş Əşrəf oğlu Kərimi Bakıda anadan olub.

 

11 noyabr 1907 – Şair, dramaturq Mirmehdi Həsən oğlu Seyidzadə (1907 –31.8.1976) Türkmənistanın Aşqabad şəhərində doğulub. 1920-ci ildə ailəsi Bakıya köçüb.

11 noyabr 1921 - Xalq şairi, ədəbiyyatşünas Balaş Azəroğlu (Balaş Allahbaxış oğlu Abizadə; 1921 – 24.4.2011) Bakıda anadan olub.

11 noyabr 1934 - Xalq artisti, görkəmli xanəndə İslam Tapdıq oğlu Rzayev (1934 – 28.1.2008) anadan olub.

 

12 noyabr Konstitusiya Günüdür. 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbulu ilə bağlı ümumxalq referendumu keçirilib.

12 noyabr 1942 – Xalq rəssamı Mirnadir Mirəli oğlu  Zeynalov anadan olub.

12 noyabr 1950 – Əməkdar artist Pərviz Sadıq Saleh oğlu Bağırov anadan olub.

 

Dünya

 

9 noyabr 1818 – Rus yazıçısı İvan Sergeyeviç Turgenev (1818 - 3.9.1883) anadan olub. Əsərləri: “Atalar və oğullar”, “Ərəfə”, “Rudin”, “Asya”, “Ovçunun qeydləri” (hekayələr toplusu).

9 noyabr 1832 – Fransız yazıçısı, detektiv janrın banilərindən biri Emil Qabrio (Emile Gaboriau; 1832-1873) anadan olub.

 

10 noyabr 1759 – Alman şairi, dramaturqu və incəsənət nəzəriyyəçisi İohann Fridrix Şiller (Johann Christoph Friedrich von Schiller, 1759 - 9.5.1805) anadan olub. Pyesləri: “Qaçaqlar”, “Məkr və məhəbbət”, “Mariya Stüart” və s.

10 noyabr 1928 – İtalyan bəstəkarı, dirijor və aranjimançı Ennio Morrikone (Ennio Morricone) anadan olub. Fəxri “Oskar” mükafatına (2007) layiq görülüb.

 

11 noyabr 1821 – Rus yazıçısı, mütəfəkkir, publisist Fyodor Mixayloviç Dostoyevski (1821 - 9.2.1881) anadan olub. “Alçaldılmış və təhqir olunmuşlar”, “Cinayət və cəza”, “İdiot”, “Şeytanlar”, “Karamazov qardaşları” və s. romanların, povest və hekayələrin müəllifidir.

11 noyabr 1944 – Türk aktyoru Kamal Sunal (1944 - 3.7.2000) anadan olub.

 

12 noyabr 1840 – Fransız heykəltəraşı, heykəltəraşlıqda impressionizmin (“Mütəfəkkir” heykəli) banilərindən Fransua Ogüst Roden (François-Auguste-Rene Rodin; 1840-1917) anadan olub.

12 noyabr 1935 – SSRİ Xalq artisti Lyudmila Markovna Qurçenko (1935 - 30.3.2011) anadan olub.

Hazırladı:  Vüqar ORXAN