Rejissor Şamil Əliyevin “Çölçü” filmi “Xarici dildə ən yaxşı film” nominasiyası üzrə dünyanın əsas kino mükafatı olan “Oskar”ın uzun siyahısına (long list) daxil edilib. Bu nominasiya üzrə 76 ölkənin filmləri mübarizə aparacaq.
“Oskar” mükafatının 2013-cü il üzrə kinematoqrafiya sahəsində xidmətlərinə görə 86-cı mükafatlandırma mərasimi 2014-cü il martın 2-də Los-Ancelesdə keçiriləcək. Mükafata 24 kateqoriya üzrə əsas namizədlər isə 2014-cü ilin yanvar-fevral aylarında elan ediləcək.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.
“Çölçü” filminin süjeti belədir: şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni səhifə açır, o, böyük, indiyədək bixəbər olduğu dünyaya daxil olur.