![](/img/news/700x420/_1542809936.jpg)
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubunun üzvü Rüfət Kərimzadənin “Qurd” kinolayihəsi 8-ci Malatya Beynəlxalq Film Festivalı çərçivəsində keçirilmiş film platformasının ssenarilərin inkişafına dəstək mükafatını qazanıb.
Kinostudiyadan bildirilib ki, film platforması Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Azərbaycanfilm”in əməkdaşlığı ilə reallaşıb.