“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınmış milli kəlağayı sənətinin təbliği” layihəsi çərçivəsində tədbirlər keçirib.
Bakı şəhəri Binəqədi rayon Gənclər evində təşkil olunan tədbirlərdə rayon Gənclər və idman idarəsinin rəis müavini Sevinc Süleymanova, layihənin ekspertləri-biologiya üzrə fəlsəfə doktoru Aygün Yusifova, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova çıxış ediblər.
Çıxışlarda milli kəlağayı sənətinin tarixi, hazırlanması və s. barədə ətraflı bəhs edilib. Tədbirdə universitet tələbələri, Binəqədi rayonunun fəal gəncləri iştirak edib.
Sonda iştirakçılara kəlağayı ilə bağlı məlumatlar qeyd olunan bukletlər təqdim olunub. Gənc qızlara kəlağayılar hədiyyə edilib.