Azərbaycan Milli Konservatoriyası (AMK) tərkibindəki İncəsənət Gimnaziyası ilə Bursa Zəki Müren Gözəl Sənətlər Liseyi “Qardaş məktəblər” layihəsi üzrə əməkdaşlıq edir.

Gimnaziyanın şagird və müəllimləri Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar “100 illik xatirələr” adlı proqramla Zəki Müren liseyində çıxış ediblər.

“Qardaş məktəblər” layihəsinin müəllifi və təşkilatçısı, gənc rəssam Günay Mehdizadə bildirib ki, 2018-ci ilin fevralından reallaşan layihənin məqsədi iki dövlət, bir millət adına layiq şəkildə mədəni irsimizin gənc nəslə çatdırılması, qarşılıqlı mədəniyyət və təhsil əlaqələrinə töhfə verməkdir.

Hazırda yeni layihələr üzərində işlədiklərini deyən Günay Mehdizadə bu yaxınlarda Bursa Uludağ Universitetində rəssamlıq texnikaları ilə bağlı ustad dərsləri də keçib. Gənc rəssamın çəkdiyi “Atatürk” portreti Ankarada Atatürkün ev-muzeyində sərgilənir.

LALƏ