Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 3 dekabr – Beynəlxalq əlillər günü münasibətilə tədbir keçirilib.
“Əlillərə dəstək” adlı tədbirdə kitabxananın direktoru Oruc Quliyev, direktor müavini Xalidə Musayeva, Bakı Dövlət Universitetinin müəllimi İradə Əlili, gözdən əlil uşaqlar üçün 38 nömrəli Musiqi məktəbinin direktoru Əsab Əliyev, Respublika Gözdən Əlillər Kitabxanasının əməkdaşı Mahirə Şəmsiyeva və digər çıxış edənlər tədbirin önəmindən danışıb, əlillərə göstərilən qayğı və diqqətdən söz açıblar.
Bildirilib ki, Azərbaycanda əlillərin sosial müdafiəsi ilə bağlı proqramlar icra olunur, bu insanların maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Sonra qonaqlar əlil gənc aktyorların rol aldığı tamaşanın videoçarxını izləyiblər.