Prezident İlham Əliyev noyabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyası akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşlarının təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

Ölkəmizdə şərqşünaslıq elminin inkişafında xidmətlərinə görə İnqilab Əlibəyov “Şöhrət” ordeni ilə, Aydın Abıyev, Vilayət Cəfərov və Esmeralda Həsənova “Tərəqqi” medalı ilə təltif olunublar.

Şərqşünaslıq elminin inkişafında xidmətlərinə görə Əkrəm Rəhimli “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə   Şərqşünaslıq İnstitutunun baş elmi işçi, professor Solmaz Rüstəmova-Tohidiyə “Əməkdar elm xadimi” fəxri adı verilib.