Noyabrın 26-da Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında unudulmaz sənətkarlar, xalq artistləri – opera müğənnisi Gülxar Həsənovanın 100 və aktyor Həsən Məmmədovun 80 illiyinə həsr olunmuş “Sənət fədailəri” adlı tədbir keçirilib.
Kitabxananın direktor müavini Xalidə Musayeva tədbiri açaraq ölkə başçısının 30 iyul 2018-ci il tarixli sərəncamı ilə məşhur aktyor Həsən Məmmədovun 80, 15 avqust 2018-ci il tarixli sərəncamla Azərbaycanın görkəmli opera müğənnisi Gülxar Həsənovanın 100 illiyinin qeyd olunduğunu diqqətə çatdırıb.
Çıxış edənlər hər iki sənətkarın ömür yolu və yaradıcılığından söhbət açıblar.
Tədbirdə Həsən Məmmədovun kino və Gülxar Həsənovanın səhnə fəaliyyətlərini əks etdirən qısametrajlı film nümayiş olunub.
Sonra qonaqlar “Azərbaycanın səhnə korifeyləri” adlı fotosərgiyə baxıblar.