C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yeni filmin çəkilişləri üçün hazırlıq işlərinə başlanılıb. Dövlət sifarişi ilə çəkiləcək filmin ilkin adı “Bumeranq” olacaq. Ekran əsəri II Dünya müharibəsində faşizm üzərində qələbənin 70 illiyinə həsr olunub. Filmin rejissoru Elxan Cəfərov, ssenari müəllifi Yavər Rzayevdir. Film Belarus və Azərbaycanda çəkiləcək. Çəkilişlərin yaz və yay aylarında aparılması planlaşdırılır. Hazırda filmin rejissor ssenarisi üzərində işlər görülür. Filmdə II Dünya müharibəsi ilə Qarabağ müharibəsi arasında paralellər nəzərdə tutulub. Hazırda rejissor Elxan Cəfərov və filmin operatoru Nadir Mehdiyev çəkiliş məkanlarını müəyyən etmək üçün Belarusda səfərdədirlər.
Lalə Azəri