Mədəniyyət Nazirliyi tərəfindən respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən bədii təhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki köməklik göstərilməsi məqsədilə mütəmadi olaraq ustad dərsləri təşkil edilir.

Noyabr ayında Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda fəaliyyət göstərən Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Zəngilan rayon uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün fortepiano, violin, tar, kamança, saz, qarmon, musiqi nəzəriyyəsi, xor dirijorluğu, xanəndəlik, rəssamlıq ixtisasları üzrə ustad dərsləri keçirilib.

Dərsləri Qara Qarayev adına Mərkəzi İncəsənət, Bakı şəhər R.Behbudov adına 2 nömrəli, Niyazi adına 22 nömrəli, L. və M.Rostropoviçlər adına 21 nömrəli, G.Şaroyev adına 35 nömrəli, Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəblərinin təcrübəli müəllimləri aparıblar.