Xəbər verdiyimiz kimi, “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə “Nabat” adlı yeni tammetrajlı bədii filmin istehsalına başlanılıb. Elçin Musaoğlunun quruluş verdiyi hərbi-vətənpərvərlik mövzusunda filmin çəkilişləri hazırda İsmayıllı rayonunun Həftəsiyab kəndində aparılır. İcraçı prodüser Arif Səfərovdan aldığımız məlumata görə, çəkiliş qrupu paytaxta dekabrın ortalarında dönəcək. Prodüser bildirdi ki, nəzərdə tutulan çəkilişlərin 50 faizi artıq yekunlaşmaq üzrədir. Ekran əsərinin rejissoru Rövşən Ağayev, quruluşçu operatoru Abdul Rəhim Beşarat, quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Arif Səfərovdur. Filmdə İrandan dəvət olunmuş Motamed Arya Fatemeh, habelə Ramil Zeynalov, Rəhilə Məmmədova, Sabir Məmmədov, Vüqar Məmmədəliyev və başqaları çəkilir.

Lalə