Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə paytaxtdakı Şəhriyar adına Mədəniyyət sarayında “Azərbaycan kuboku” adlı incəsənət müsabiqəsi keçirilib. Üç yaş qrupu üzrə keçirilən müsabiqədə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin rəqs kollektivləri uğurla iştirak edib.
İstedadlı xoreoqraf Emil Pənahovun rəhbərlik etdiyi “Alov” rəqs qrupu “Yallı” rəqsinin (uşaqlar – 10 yaşadək), xoreoqraf Səbinə İsmayılovanın “Səbinə” rəqs kollektivi isə xarici rəqsin (gənclər – 16 yaş və yuxarı) ifasına görə münsiflər heyətinin yekdil qərarı ilə müsabiqədə birinci yeri tutublar.