Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin Mirzə Şəfi Vazeh adına Mərkəzi kitabxanasında Azərbaycanın kitabxana tarixində ilk dəfə interaktiv plakat hazırlanıb.
Plakat Azərbaycan Xalq Cümhuriyyəti və Parlamentinin 100 illik yubileyinə həsr olunub. Layihə Rusiyanın Orenburq vilayətinin Pokrovka müasir kitabxanası ilə birgə həyata keçirilib.
İnteraktiv plakatda Azərbaycanın Dövlət bayrağının fonunda Cümhuriyyətin görkəmli siyasi və ictimai xadimlərinin fotoşəkilləri verilib. Həmçinin Cümhuriyyət haqqında məlumat, mp4 formatında Dövlət himni və onun Azərbaycan və rus dillərində mətni, marşı və s. məlumatlar əks olunub.