Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə çövkən milli atüstü oyunu üzrə Prezident kuboku turniri keçirilir.
Turnirin “A” qrupunda “Ağstafa”, “Sərhədçi”, “Murad” və “Buta Golden”, “B” qrupunda isə “Qarabağ”, “Omar”, “Polad” və “Köhlən” komandaları çıxış edir.
Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə alacaqlar.
Yarımfinal oyunları dekabrın 22-də təşkil olunacaq. Çövkən milli atüstü oyunu üzrə Prezident kuboku turnirinin finalı dekabrın 23-də keçiriləcək.