AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, “Türkologiya” jurnalının məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov Tatarıstan Respublikası Kazan Federal Universiteti Filologiya fakültəsinin dekanı, “Tatarıca” jurnalının baş redaktoru, professor Radif Zamaletdinovla görüşüb.

Görüş zamanı Tatarıstan türkoloji mühiti ilə “Türkologiya” jurnalı arasında əməkdaşlıq haqqında müzakirələr aparılıb. E.İbrahimov türkologiya sahəsində fəaliyyətlərinə görə Kazan Federal Universitetinin “Lev Tolstoy” medalı ilə təltif edilib.

Tatar dili və ədəbiyyatı kafedrasının magistrlərinə “Türk dillərinin müasir vəziyyəti” mövzusunda mühazirə oxuyan E.İbrahimov çağdaş türkoloji araşdırmalar, türk dillərində ortaq ünsiyyət dili, ortaq türk əlifbası, türk dövlətlərində dil siyasəti və s. aktual məsələlərə toxunub, tələbələri maraqlandıran sualları cavablandırıb.

S.QALİBOĞLU