Dekabrın 15-də Muzey Mərkəzinin akt zalında Azərbaycan Dövlət Rəsm Qalereyasının yeni layihəsi olan “Axın” qrupunun təqdimatı keçirilib. Təqdimatda qrupun fəaliyyəti, gələcək planları haqqında ətraflı məlumat verilib.

Layihənin əsas məqsədi incəsənətlə maraqlanan bu və ya digər sahələrə aid insanları bir mərkəzdə toplamaqdır. Layihə çərçivəsində incəsənətlə bağlı müxtəlif mövzulu maarifləndirici tədbirlər təşkil edilərək ölkədə incəsənətin inkişafına dəstək olmaq, şüurlu tamaşaçını inkişaf etdirmək nəzərdə tutulub.