İtalyan bəstəkarı Cakomo Puççininin “Manon Lesko” operası dekabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında sənətsevərlərə nümayiş olunub.
Səhnə əsərində baş rolda (Manon Lesko) Əməkdar artist Afaq Abbasova səhnəyə çıxıb. Lesko partiyasını Ukrayna Milli Operasının solisti, bu ölkənin Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Pyotr Primak ifa edib.
Digər rollarda Xalq artisti Əkrəm Poladov (Jeront de Ravuar), əməkdar artistlər Fərid Əliyev (Kavaler Qrie), Tural Ağasıyev (Edmond) və solist Fəhmin Əhmədli çıxış ediblər.
Tamaşanın musiqi rəhbəri və dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru Ukraynanın Əməkdar incəsənət xadimi Mikola Tretyak, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysteri Aysel Məlikovadır.
Cakomo Puççininin yaradıcılığında xüsusi yer tutan “Manon Lesko”nun premyerası 1893-cü ildə İtaliyanın Turin şəhərində olub. Opera Azərbaycan səhnəsində ilk dəfə tamaşaya qoyulur.