Həmvətənlərimizin iştirakı ilə opera və balet tamaşaları
Yanvarın 23-dən 26-dək Rusiya Dövlət Akademik Böyük Teatrında Cüzeppe Verdinin “Don Karlos” operası nümayiş etdiriləcək. 24 və 26 yanvarda göstəriləcək tamaşalarda Yelizaveta Valua obrazını Azərbaycanın Xalq artisti Dinara Əliyeva (soprano) oynayacaq. Yanvarın 23-də və 25-də isə Don Karlos partiyasını respublikamızın Xalq artisti Yusif Eyvazov (tenor) ifa edəcək.
* * *
Yanvarın 10-da isə Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrında Sergey Prokofyevin “Zoluşka” baleti nümayiş olunacaq.
“Mariinsk 2” səhnəsində təqdim olunacaq baletdə Şahzadənin partiyasını Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edəcək. Məşhur baletin teatrda Aleksey Ratmanskinin xoreoqrafiyasında premyerası 2002-ci ildə olub.