İçərişəhərdə “Qış qalası” Yeni il festivalı davam edir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, festival müddətində paytaxt sakinləri və qonaqlar Qoşa Qala meydanında müxtəlif növ suvenir, əl işləri və digər bayram atributlarını əldə edə,  konsert proqramından zövq ala və bir sıra viktorinalarda iştirak edə bilərlər.

Dekabrın 15-dən start götürən festival yanvarın 6-da başa çatacaq.