Yeni ilin ilk günlərində Yaponiyanın Fuci telekanalı Azərbaycan haqqında veriliş yayımlayıb.
“Dünya” adlı verilişdə Azərbaycanın coğrafi mövqeyi, əhalisi, tarixi və mədəniyyəti haqqında geniş məlumat verilib. Verilişdə Bakıdakı “Alov qüllələri”, Heydər Əliyev Mərkəzi, SOCAR-ın binası, Bakı Kristal Zalı kimi tikililərin müasir dizaynı barədə söhbət açılıb. Tamaşaçılara dünyaca məşhur Azərbaycan xalçaları ilə bağlı da məlumat verilib.
Veriliş boyunca azərbaycanlıların çox istiqanlı, mehriban, qonaqpərvər və əməksevər bir xalq olduğu qeyd edilib. Sonda yapon tamaşaçılara bu gözəl ölkəyə səyahət etmək tövsiyə olunub.