Roma Papası Fransiskin Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində fevralın 3-dən 5-dək Əbu-Dabidə nəzərdə tutulmuş ibadətini 120 minə yaxın insan ziyarət edə biləcək. İbadət “Zayed Sports City” stadionunda təşkil ediləcək.
Roma Katolik Kilsəsinin başçısı tarixdə ilk dəfə olaraq Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.
Pontifikin Birləşmiş Əmirliklərə səfəri müxtəlif konfessiyaların nümayəndələri arasında tolerantlıq və dözümlülük ideyalarının təşviqi məqsədi ilə həyata keçiriləcək.