Yanvarın 16-da Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr olunan tədbir keçiriləcək.

Xatirə axşamı Mədəniyyət Nazirliyi, “Mədəniyyət” kanalı, Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Söz” ədəbi layihəsi çərçivəsində reallaşacaq.

Tədbirdə sənətkarın həyat və yaradıcılığından danışılacaq, mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanacaq. A.Pənahovanın yaratdığı Bakı Bələdiyyə Teatrı aktyorlarının iştirakı ilə tamaşalardan səhnələr təqdim olunacaq.