Amerikada yaşayan azərbaycanlı sirk ustası Üzeyir Novruzov NBC telekanalında yayımlanan “America’s Got Talent” yarışmasında iştirak edib.
42 yaşlı azərbaycanlı akrobat bu dəfə nərdivanla sərgilədiyi daha təhlükəli çıxışı ilə yenidən tamaşaçıları təəccübləndirməyi bacarıb.
Üzeyir Novruzov hazırda Las-Veqas şəhərində yaşayır. Akrobat daha öncə altı metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalması ilə “Ginnesin rekordlar kitabı”na düşüb.