Niderlandda yaşayan həmyerlimiz, “Connect” təşkilatının sədri, Niderland Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasov yaşadığı ölkənin mətbuatında Azərbaycanla bağlı, xüsusilə Dağlıq Qarabağ mövzusunda davamlı olaraq çıxışlar edir.

Bu günlərdə o, yerli SD (Schouwen Duiveland) radiosunda “Te Gast Bij… ROSD” proqramının qonağı olub.

Birsaatlıq proqramda Azərbaycan musiqiləri səsləndirilib. Həmyerlimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, sovet istilasından və xalqımızın 1988-ci ildən başlayan azadlıq mübarizəsindən, eləcə də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən söhbət açıb. Həmçinin Azərbaycanın multikultural dəyərlərindən, mətbəxindən, ölkəmizdəki alban xristian  kilsələrindən, İçərişəhər və digər tarixi abidələrdən danışılıb.