Yanvarın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı Dilsuz Mustafayevin xalq nağılı əsasında qələmə aldığı “Əlincə qalası” əsərinin tamaşası nümayiş ediləcək.
Nağıl-tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı Əməkdar incəsənət xadimi Aydın Əzimovdur. Rəqslərin quruluşu Əməkdar artist Sənan Hüseynliyə məxsusdur. Tamaşada Xalq artisti Yasin Qarayev, Əməkdar artist Gülər Nəbiyeva, aktyorlar Simuzər Ağakişiyeva, Rəzzaq Məmmədov, Qədirhüseyn İsmayılov və Rövşən Abbasov iştirak edəcək.
Azərbaycan qadınının vətənimizin qorunması yolunda qəhrəmanlıq və cəsarətini təcəssüm etdirən tamaşa yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə həsr olunub.