Ötən il Sumqayıt Dövlət Dram Teatrı üçün yaddaqalan hadisələrlə zəngin olub. 2018-ci ildə teatrın 50 illik yubileyi dövlət başçısının müvafiq sərəncamına əsasən təntənə ilə qeyd edilib, bu münasibətlə bir sıra əməkdaşlar təltif olunub.
Sumqayıt teatrı Gürcüstan və Rusiya teatrları ilə qarşılıqlı qastrol səfərlərinə dair memorandumlar imzalayıb, 4-cü “Türk dünyası teatr günləri” festivalına qatılıb.
Direktor, Əməkdar artist Mübariz Həmidov bildirib ki, ilk dəfə olaraq teatrda şagirdlərdən ibarət bədii şura yaradılıb. Bu da uşaq və yeniyetmələrin bədii-estetik zövqlərinin formalaşmasında, onların arzu və istəklərinə uyğun repertuarın seçilməsində mühüm rol oynayacaq.
Ötən il təhvil verilən tamaşalardan “Kim güclü, kim ağıllı?”, “İtkin qız”, “Zülmətdə nur”, “Mamoy kişinin yuxuları”, “Çeburaşkanın Yeni il sərgüzəştləri” Sumqayıt məktəbliləri və valideynlər tərəfindən böyük maraqla qarşılanıb. Hazırda yaradıcı kollektiv yeni tamaşa və layihələr üzərində işləyir.