Martın 10-dan 17-dək Azərbaycan Dövlət Rus Dram Teatrında uşaqlar tərəfindən çox sevilən “L.O.L- 2” şousunun yeni yaz mövsümünün premyerası olacaq.

Əfsanə ilə reallıq arasındakı sərhədləri pozan fantastik hekayə onları yenidən təəccübləndirəcək. Balaca tamaşaçıları maraqlı sürprizlər, aktyor oyunu, orijinal və parlaq rəqs nömrələri, heyrətamiz işıq tərtibatı, eksklüziv detallaşdırılmış kostyumlar, dekorasiyalar və möhtəşəm süjetlərlə dolu bir hekayə gözləyir.