Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan Universitetinin əməkdaşları Alsu Şaripova və Landış Yuzmuxametova AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.

İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov qonaqlara müəssisənin tarixi, burada əlyazmaların toplanması, mühafizəsi və bərpası istiqamətində görülən işlər və şöbələrin fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verib.

Daha sonra qonaqlar institutun ekspozisiya zalında nümayiş etdirilən qədim əlyazmalarla tanış olublar.