Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi müsabiqənin qalibləri sırasında Həmid-Xan Tahirlinin “Gənc İqtisadçıların Qış Məktəbi” layihəsi də olub.
Dekabr-yanvar aylarını əhatə edən layihənin məqsədi gənclərin iqtisadi biliklərinin praktiki cəhətdən artırılması, həmçinin gənclərin Azərbaycan xalqının dilinə, adət və ənənələrinə, mənəvi dəyərlərinə, dövlət rəmzlərinə hörmət, azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyəsini gücləndirməsidir.
Binəqədi Gənclər evində layihə üzrə təşkil olunan təlimlər dörd gün davam edib. 35 gəncin iştirak etdiyi təlimləri Paşa Bank, Azərbaycan Dövlət İqtisad Universiteti və Milli Arxiv İdarəsindən sahə üzrə peşəkar mütəxəssislər aparıblar. Layihənin iştirakçılarına sertifikatlar təqdim edilib.