Yubileylə bağlı tədbirlər ölkəmizdə də keçirilir
Bu il Beynəlxalq Astronomiya İttifaqı (IAU) özünün 100 illiyini və ötən dövr ərzində elm, texnika və mədəniyyəti formalaşdıran astronomik kəşfləri qeyd edir. Keçiriləcək tədbirlərdə əsas diqqət astronomiyanın təhsildə, inkişafda və diplomatiyada mühüm vasitə olduğuna yönəldiləcək.
Yubiley tədbirləri yanvarın 10-dan 13-dək bütün dünyanın qatılacağı “100 saat astronomiya” ilə başlayır. Bu sahənin mütəxəssisləri həvəskar astronomları və ictimaiyyəti astronomiya biliklərini və təcrübələrini bölüşməyə dəvət edirlər. Bu günədək 50 ölkədən 250-dən çox tədbir qeydiyyatdan keçib.
“100 saat astronomiya” ölkəmizdə də qeyd ediləcək. “Tusi-Bohm Planetarium”da dörd gün ərzində məktəblilər üçün “açıq qapı” saatları, yanvarın 12-də məktəblilərarası “Kosmik kostyum” müsabiqəsi və gecə müşahidələri nəzərdə tutulur.