Azərbaycan Respublikasında özəl teleradio yayımçılarına ölkə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, xaricdə yaşayan azərbaycanlıların öz vətənləri haqqında daha dolğun məlumatlandırılması, Azərbaycan xalqının mədəniyyətinin və milli-mənəvi dəyərlərinin təbliği sahəsində fəaliyyətinin stimullaşdırılması, həmçinin texniki imkanlarının artırılması məqsədilə maliyyə yardımı göstəriləcək. Ölkə başçısının yanvarın 17-də imzaladığı sərəncama əsasən, özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Milli Televiziya və Radio Şurasına 3 milyon manat ayrılıb.