Avropa İttifaqının xətti ilə Bakıda bir sıra mədəni layihələr həyata keçirilir. Onların arasında müxtəlif mövzulu festivallar da yer alır. Bunlardan biri bu ilin may ayında təşkil olunacaq və tolerantlıq mövzusuna həsr ediləcək. Gender bərabərliyi və qadınlara həsr olunan festivalın sentyabr ayına təsadüf edəcəyi gözlənilir. Üçüncü tədbir isə mədəni irsin təbliğinə həsr olunacaq və noyabr ayında baş tutacaq.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Denis Daniilidis bu sözləri Gəncəyə səfəri çərçivəsində şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla keçirilən görüşdə səsləndirib.
Denis Daniilidis bildirib ki, bu festivallar çərçivəsində baş tutacaq tədbirlərdən bir neçəsinin Gəncədə keçirilməsi planlaşdırılır və səfərin də məqsədi bu istiqamətdə müzakirələr aparmaqdır.