2018-ci ildə Türkiyənin tarixi abidə və muzeylərini ziyarət edənlərin sayı 28 milyon 144 min 670 nəfər təşkil edib.

“Anadolu” agentliyinin xəbərinə görə, ən çox ziyarət edilən məkan Topqapı Sarayı Muzeyi – 2 milyon 980 min 450 nəfər. Müqəddəs Sofiya məbədi (Ayasofya) ikinci yerdə qərarlaşıb (2 milyon 890 min 873 nəfər).

Sırada üçüncü olan Konya Mövlana Muzeyini il ərzində 2 milyon 817 min 386 adam ziyarət edib.

Qeyd edək ki, 2017-ci ildə Türkiyənin muzey və tarixi abidələrini 20 milyon 509 min 746 nəfər ziyarət etmişdi.