Sabirabad Rayon Tarix-Diyarşünaslıq Muzeyində əsaslı təmir işlərinin aparılması ilə əlaqədar əməkdaşlar tərəfindən səyyar sərgilər həyata keçirilir.
“Vətəni sevmək azdır, onu qorumaq gərək” başlıqlı ilk səyyar sərgi N.Nərimanov adına 2 saylı tam orta məktəbdə nümayiş olunub. Sərgidə sabirabadlı milli qəhrəmanlar Mübariz Əhmədov, Fərhad Ağayev və Murad Mirzəyevin, 20 Yanvar şəhidləri Zəbulla Əliyevin, Mehman Məmmədovun, “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş Maqsud Daşdiyevin, Daşqın Əhmədovun, Yalçın Qəhrəmanovun – ümumilikdə 200-dən çox şəhidin şərəfli döyüş yollarını əks etdirən fotolar, sənədlər, geyimlər və şəxsi əşyalar yer alıb.
Muzeyin bələdçisi Günel Cəfərova sərgidə toplanan materiallarla bağlı məlumat verib. Sərgi digər təhsil ocaqlarında da nümayiş etdiriləcək.