Yanvarın 28-də Milli Aviasiya Akademiyasında Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginə həsr edilmiş sənədli filmin təqdimatı olacaq. Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Hava Yolları və Milli Aviasiya Akademiyasının təşkilatçılığı ilə keçiriləcək.

“Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən “Salnaməfilm” studiyasında çəkilən “Viktor Seryogin”  filminin rejissoru Cəmil Fərəcov, operatoru Nizami Abbasdır.