Böyük Vətən müharibəsi illərində Leninqrad (indiki Sankt-Peterburq) şəhərinin düşmən blokadasından azad olunması münasibətilə Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Rusiyanın hərbi qüdrətini əks etdirən fotosərgi açılıb.
Sərgidə tanınmış fotoqraf Aleksandr Novikovun əsərləri nümayiş olunur.
Xatırladaq ki, yanvarın 27-si Rusiyanın Döyüş şöhrəti günü kimi qeyd olunur. Həmin gün Leninqrad şəhəri 900 günlük blokadadan azad edilib. Şəhərin azad edilməsi həm rus xalqı, həm də dünya ictimaiyyəti üçün çox böyük əhəmiyyətə malik olub. Bu il blokadanın aradan qaldırılmasının 75 ili tamam olur.