Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon MKS-nin Mərkəzi kitabxanasında “Kitabxanaçı tövsiyə edir” adlı layihə çərçivəsində ingilis-irland yazıçısı Conatan Sviftin “Qulliverin səyahəti” romanı əsasında videoçarx hazırlanıb.

Qeyd edək ki, “Qulliverin səyahəti” Conatan Sviftin ən məşhur əsəridir. Fantastik macəralar fonunda İngiltərənin sosial-siyasi mənzərəsini əks etdirən bu əsər üç əsrə yaxındır ki, həm balacalar, həm də böyüklər tərəfindən sevilə-sevilə oxunur.