Azərbaycan Dövlət Musiqili Teatrında “Lumineux” vokal-xor ansamblının iştirakı ilə Covanni Battista Perqolezinin “Stabat Mater” əsəri təqdim olunub.
XVIII əsr italyan bəstəkarı, skripka və orqan ifaçısı Perqolezinin dini mövzuda ən məşhur əsəri (“Stabat Mater” – “Qəmli ananın ağısı”) müqəddəs Məryəmin İsa Məsihin çarmıxa çəkilməsi zamanı yaşadığı əzablardan bəhs edir.
Dirijoru Anton Lubçenko olan konsertin xormeysteri Bakı Musiqi Akademiyasının baş müəllimi Naala Barateliya, solistləri Fidan Davudova (kontralto) və Stanislavski-Nemiroviç Teatrının solisti Dançenko Maria Pahar idi.
Çoxsaylı sənətsevərlərin qatıldığı konsert proqramı maraqla qarşılanıb.
Qeyd edək ki, “Stabat Mater” əsəri beynəlxalq layihə çərçivəsində dünyanın bir sıra ölkələrində ifa edilib.