Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına töhfə vermək məqsədilə 2 fevral tarixində yazıçı-dramaturq Sabir Şahtaxtının Xocalı soyqırımına həsr olunmuş “Ölüm həsrəti” tamaşası ilə Gəncə şəhərinə qastrola gedəcək.
Tamaşanın bədii rəhbəri Əməkdar artist Sərvər Əliyev, quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur. Rollarda əməkdar artistlər Rəşid Rzayev, Tünzalə Əliyeva, Xatirə Süleymanova, aktyorlar Bəhruz Hikmətoğlu, Niyaməddin Səfərəliyev, Sevinc Hüseynova, Güney Əliyeva, Səbinə İmamverdiyeva, Şəbnəm Cəbrayılova, Gültac Əsgərova, Müdvər Nemətova, Səmayə İsmayılova, Elnarə Heydərova, Məhərrəm Musayev, Ruhiyyə Eyvazova, Natiq Həziyev, Əmrulla Nurullayev, Arzuman Tanrıverdiyev və Rövşən Cəfərov çıxış edəcəklər.