Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində P.O.Bomarşenin əsəri əsasında hazırlanmış “Fiqaronun toyu” tamaşası nümayiş olunub.

Teatr sənəti fakültəsinin musiqili teatr aktyoru ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Ruslan İsmayılov, musiqi və rəqslərin müəllifi Nəzrin İsmayılovadır.

Tamaşada tələbələr Nəzrin İsmayılova (Qrafinya), Əlizamin Abbasov (Qraf Almaviva), Tural Xəlilbəyli (Fiqaro), Fidan Əliyeva (Süzanna), Hüseyn Sadıqov (Bartolo), Ayşən Əsədova (Marselina), Muxran İsmayılov (Kerubino), Jalə Hacızadə (Fanşetta), Qüdrət Qurbanzadə (Antonio), Elvin Nuri (Bazil), Əli Heydərov (Don Briduazon) və Fəridə Qurbanova (Fanşetta) çıxış ediblər. Janrı “maskalı oyun” kimi təyin olunan tamaşa maraqla qarşılanıb.

Nümayişdən sonra ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, Teatr sənəti fakültəsinin dekanı, dosent Ellada Hüseynova, Musiqili teatr aktyoru kafedrasının müdiri, professor İlham Namiq Kamal, Teatrşünaslıq kafedrasının müdiri, professor Aydın Talıbzadə, professor İsrafil İsrafilov, Xalq artisti Məmmədsəfa Qasımov və digər müəllimlərin iştirakı ilə keçirilən müzakirədə tələbə-aktyorların ifaları təhlil olunub.

LALƏ