Rusiya Dövlət Akademik Böyük Teatrının (“Bolşoy Teatr”) nəzdində fəaliyyət göstərən muzeyin 100 illiyi münasibətilə buradakı eksponatlar barədə ilk dəfə kataloq nəşr edilib.

“Böyük teatr və muzey. 1918-2018. Rusiya Dövlət Akademik Böyük Teatrının kolleksiyasından” adlı nəşr yaşı 100-dən, hətta 200-dən çox olan muzey eksponatlarının ilk iri kataloqudur. Albomda təqdim olunan əşyaların fotoşəkilləri bu vaxtadək heç bir yerdə dərc edilməyib.

Kitab Böyük Teatrın fondlarının sayına müvafiq olaraq 14 bölmədən ibarətdir. Bu fondlar teatr ayaqqabıları və kostyumları, afişa və proqramlar, əlyazmalar, fotoşəkillər, eskizlər, heykəltəraşlıq əsərlərindən ibarətdir. Tamaşaçılara bu yolla teatr kolleksiyasının müxtəlifliyini görmək fürsəti yaradılacaq.